Karlo Ançelotti: ?PSJ-də qalmağım 50 faizdir"
PSJ-nin baş məşqşisi Karlo Ançelotti yeni mövsümdə komandada qalıb-qalmayacağı haqda sualı cavablandırıb. Təcrübəli mütəxəssis qeyd edib ki, bu, ancaq sabah keçiriləcək iclasdan sonra məlum olacaq: "Komandada qalmaq ehtimalım hazırda 50 faizdir".
PSJ ilə çox yaxşı anlaşdığını və burada qalmaq istədiyini vurğulayan Ançelotti Fransa klubundan ayrılacağı təqdirdə təəssüflənəcəyini deyib: "Dəyişiklikləri sevən biri deyiləm. Mənim üçün ən önəmlisi özümü rahat hiss etdiyim yerdə işləməkdir. Buna görə də ayrılsam, üzüləcəyəm".
Qeyd edək ki, 53 yaşlı baş məşqçinin yeni mövsümdən "Real"ı çalışdıracağı iddia edilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11