"Neftçi" çempion, "Qarabağ" vitse-çempion oldu
Bu gün Topaz Premyer Liqanın 31-ci turunun növbəti oyunları keçirilib. Dörd qarşılaşma ilə tura yekun vurulub. Günün ən maraqla gözlənilən oyunu Qəbələdə baş tutub. Belə ki, ?Qəbələ?nin qonağı olan ?Neftçi? bir xal qazansa belə, çempionluğunu bayram edəcəkdi ki, buna da nail olub. 1:1 hesabı ilə yekunlaşan həmin oyundan sonra "Neftçi" tarixində səkkizində dəfə Azərbaycan çempionu olub. "Ağ-qaralar" eyni zamanda dalbadal üçüncü dəfə Premyer Liqamızın qızıl mükafatını qazanıb.
Gümüş medallar uğrunda yarışan ?Qarabağ? isə "Bakı"nı məğlub edib və son turun nəticəsindən asılı olmayaraq, ikincililiyi təmin edib.
Bu, "Qarabağ"ın ən yaxın izləyicisi "İnter"in Zaqatalada "Simurq"a 0:1 hesablı məğlubiyyətindən sonra baş verib.
Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, "Neftçi" bu mövsümü çempion, "Qarabağ" vitse-çempion, "İnter" isə üçüncü yerin sahibi kimi başa vuracaq.
14 may
17:30. ?Rəvan? ? AZAL - 3:5
?Bayil Arena? stadionu
Qollar: Ruslan Tağızadə, 12 (0:1), Viktor İqbekoi, 28-avtoqol (1:1), 31 (1:2), Miloş Adamoviç, 44 (2:2), Ramazan Abbasov, 52 (3:2), Taqim Novruzov, 63 (3:3), Junior Nildo, 66 (3:4), 75-pen (3:5)
17:30. ?Qarabağ? ? ?Bakı? - 3:1
T. Bəhramov adına Respublika stadionu
Qollar: Risto Ristoviç, 18 (0:1), Muarem Muarem. 37 (1:1), Vüqar Nadirov, 58 (2:1), Dennis İvanovs-avtoqol, 72 (3:1)
Qırmızı vərəqə: Rauf Əliyev, 84 ("Bakı")
17:30. ?Simurq? ? ?İnter? - 1:0
Zaqatala şəhər stadionu
Qol: Zdravko Popoviç, 38-pen (1:0)
17:30. ?Qəbələ? ? ?Neftçi? - 1:1
Qəbələ şəhər stadionu
Qol: Rəşad Sadiqov, 13 (0:1), Yannik Kamanan, 72 (1:1)
13 may
17:30. ?Turan? ? ?Kəpəz? - 3:5
?Dalğa Arena? stadionu
17:30. ?Sumqayıt? ? ?Xəzər Lənkəran? - 1:0
?Bayıl Arena? stadionu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11