?Ümumilikdə, yaxşı oyun alındı. Bu cür oyunlar çətin olur". Bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqanın 31-ci turunda "Qəbələ" ilə oyundan (1:1) sonra deyib. Təcrübəli mütəxəssis son oyunun nəticəsindən asılı olmayaraq mövsümü ikinci pillədə tamamlayacaq "Qarabağ" haqqında da danışıb: ?Qarabağ?ın əziyyətinə heyfim gəlir. Çempionluq üçün çox əziyyət çəkdilər, lakin bu fürsəti əldən verdilər. Mən isə bu fürsəti əldən verməzdim. ?Xəzər Lənkəran?ı da Avroliqaya vəsiqə qazanması ilə təbrik edirik? - deyə Hacıyev bildirib.