Tanınmış rusiyalı mütəxəssis Yuri Syomin Azərbaycanda işləməyə hazırdır. Bu haqda o, ?Rain? TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, ?Qəbələ? klubuna dəvətlə bağlı bütün məsələlər həll olunduqdan sonra ətraflı fikir bildirəcək: ?Hazırda heç bir şey yoxdur. Məşqçi işləməyə onunla bağlı hər zaman söhbət olur. Konkret bir şey olanda danışacağam?. ?Azərbaycana getməyə hazırsınızmı? sualına Y.Syomin belə cavab verib: ?Niyə də yox?! Ora yaxşı bölgədir. Peşəkar komandalar və yaxşı meydançaları var. Ümumilikdə, harda ki yaxşı maliyyə ayrılır, futbol inkişaf edəcək?. qol.az