UEFA Avropa Liqasının finalçıları məlum olub. ?Benfika? öz meydanında ?Fənərbaxça?nı qəbul edib. Bu komandalar arasındakı ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. "Fənərbaxça" ilk dəfə avroliqanın finalına vəsiqə qazanaraq tarixi uğura imza atmağa yaxın olsa da, 1:3 hesabı ilə uduzaraq bunu bacarmayb. İki oyunun nəticəsinə görə 3:2 hesabı ilə "Benfika" üstün olub və finala vəsiqə qazanıb. Digər oyunda ?Bazel? "Çelsi"nin qonağı olub. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilis klubunun əvvəlcədən şansı çox görünürdü. Oyunda ilk qolu qonaqlar vursa da, "Çelsi" bunun əvəzini on dəqiqə ərzində vurduğu üç qolla çıxıb. Beləliklə görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb və London klubu adını finala yazdırıb. Beləliklə avroliqanın finalında "Çelsi" və "Benfika" qarşılaşacaq. UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları 2 may 00:05. ?Benfika? (Portuqaliya) - ?Fənərbaxça? (Türkiyə) - 3:1 İlk oyun (0:1) Qollar: Qaytan, 9 (1:0), Kuyt, 23-pen (1:1) Kardoso, 35 (2:1), 67 (3:1) 00:05. ?Çelsi? (İngiltərə) ? ?Bazel? (İsveçrə) - 3:1 İlk oyun (2:1) Qol: Salah, 45 (0:1), Torres, 50 (1:1), Mozes, 52 (2:1), David Luiz, 59 (3:1)