Bu gün UEFA Avropa Liqasının finalçıları məlum olacaq. Azərbəycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun Portuqaliyada baş tutacaq. Belə ki, ?Benfika? öz meydanında ?Fənərbaxça?nı qəbul edəcək. Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ?Fənərbaxça? cavab oyununa üstün yollansa da, ?Benfika?nın son vaxtlar göstərdiyi oyun və dogma azarkeşlər qarşısında oynaması şansların bərabər olduğunu göstərir. Digər oyunda ?Bazel? "Çelsi"nin qonağı olacaq. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilis klubunun şansının daha çox olduğunu söyləmək olar. Oyunlar Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.