Mourinyo məğlubiyyətdən danızdı: "Bunun səbəbini həqiqətən bilmirəm"
Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Borussiya"ya 1:4 hesabı ilə məğlub olan "Real" klubunun baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib.
Mourinyo rəqibə nisbətən zəif çıxış etdiklərini deyib: "Borussiya" bizdən yaxşı oynadı. Oyunçular fərdi keyfiyyətlərinə görə də, bizi üstələdi. Topu özümüzdə saxlamaqdan çox tez vaz keçdik. Rəqibimiz çox emosiyanal və istəkli idi. Hesab 1:1-dən 4:1-ə çox tez dəyişdi və bunun səbəbini həqiqətən bilmirəm".
Portuqaliyalı mütəxəssis rəqibin heyətində pokerə imza atan Robert Levandovski haqda da danışıb: "Levandovski haqda hər şeyi bilirdik. Onu zərərsizləşdirmək üçün məşq etmişdik. Penaltini saymasaq onun hər üç qolunu mane ola bilərdik. Rəqib layiqli qələbə qazandı".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11