Bu gün UEFA Çempionlar Liqasının yarımfinalına start veriləcək. İlk oyun günündə Avropanın iki nəhəngi ? Almaniyanın ?Bavariya? klubu ilə İspaniyanı ?Barselona? klubu üz-üzə gələcək. Hər iki komanda hazırda turnir cədvəlindəki mövqeyinə görə ölkəsinin ən güclüsüdür. Göstərdikləri son oyunlar da bunu deməyə əsas verir. Buna görə də bu qarşılaşmaya maraq həddindən artıq çoxdur. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Sabah isə eyni saatda "Borussiya" (Dortmund) - "Real" (Madrid) oyunu olacaq.