Moskvanın ?Spartak? futbol klubunun sahibi Leonid Fedun bəyan edib ki, əgər turnirə müstəqil hakimlər dəvət edilməsə, komanda Rusiya çempionatının oyunlarında iştirakdan imtina edəcək. ?Növbəti iclasda (Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin) mən prinsipial məsələ qaldıracam: ya müstəqil hakimləri dəvət edəcəyik, ya da bizə texniki məğlubiyyət versinlər?, - ANS PRESS-in məlumatına görə, bu sözləri Leonid Fedun ?Rossiya 2? telekanalının ?Nedelya sporta? proqramına telefon müsahibəsində deyib. ?Biz hazırkı hakimlik sistemi ilə oynamaqdan imtina edirik?, - ?Spartak?ın sahibi bəyan edib. Qeyd edək ki, Leonid Fedun ?Spartak?ın ÇSKA ilə oyununun hakimindən narazı qalıb. Bazar günü keçirilən qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınıb. ?Söhbət penaltidən getmir. Penalti ayrıca məsələdir. Məsələ bundadır ki, hakim savadlı şəkildə oyunu rəqibimizin xeyirinə dəyişirdi?, - o bildirib.