;n Topaz Premyer Liqanın 27-ci turuna yekun vurulub. Bu oyunlardan ikisi birinci, biri isə ikinci "altılıq"da baş tutub. "Bakı" öz meydanında "Qarabağ"ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Digər matçda "Qəbələ" "Neftçi"nin qonağı olub. Qonaqlar birinci hissədə hesabda irəlidə olsalar da, meydan sahibləri fasilədən sonra iki ql vuraraq vacib qələbə qazanıblar. Sonuncu oyunda isə "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı sınağa çəkib. Bu qarşılaşmada hesab açılmayıb.