Yurgen Klopp: ?Biz zəif deyilik?
Dortmund ?Borussiya?sının baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalında ?Real?la oynayacaqları matçlar haqqında danışıb. Baş məşqçi qalib gəlmək üçün rəqibin hücumuçusu Ronaldonu zərəsizləşdirməyin vacibliyini vurğulayıb: ?Madrid klubu çox yaxşı heyətə malikdir. Onların Ronaldo kimi çox güclü silahları var. Ancaq özümüz də hücum etməliyik?.
Almaniyalı mütəxəssis bu dəfə qarşılarında daha fərqli ?Real?ın olacağını da deyib: ?Çünki qrup mərhələsindəki matçlarda onların bəzi oyunçuları zədəli idi. Marselo kimi önəmli futbolçu qrup mərhələsi oyunlarında iştirak etmirdi. Ona görə artıq daha güclüdürlər. Ancaq biz də zəif deyilik. Əlimizdən gələni edib, qalib gəlməyə çalışacağıq?.
?Borussiya? ? ?Real? matçı aprelin 24-ü baş tutacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11