?Fənərbaxça?nın UEFA Fvropa Liqasındakı rəqibi olan Portuqaliyanın ?Benfika? klubunun rəhbərliyi yeni sürprizə imza atıb. Klub rəhbərliyi komandanın rəsmi internet səhifəsində gözəllik yarışına start verib. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın azarkeşlərindən ibarət olan 86 nəfər gözəlin adı internet saytındakı yarışmaya daxil olunub: ?Hər bir tərəfdarın yalnız bir səsvermə hüququ olan yarışma Portuqaliyada və dünyada böyük maraq doğurub. Klub rəhbərliyi isə bu qərarının komandanın azarkeşlərinə implus verəcəyini düşünür?.