"Qalatasaray"ın futbolçusu Burak Yılmazın "Atletiko"ya transfer olunub-olmayacağı məsələsinə rəsmi münasibət bildirilib. Türkiyə mətbuatının xəbərinə görə, futbolçunun meneceri Madrid klubunun Burakı istəməsini təsdiqləyib. O bildirib ki, hücumçu ilə maraqlananlar arasında başqa klublar da var: "İtaliyanın bəzi klublarından da təkliflər gəlib. Ancaq onların adını söyləmək istəmirəm. Burak hazırda "Qalatasaray"da olmaqda məmnundur. Təklifləri is dəyənləndirəcəyik".