ray"ın futbolçusu Didye Droqba öz ölkəsində məhkəməlik olub. Goal.com-un məlumatına görə, buna futbolçunun tikdirdiyi villada işlər həyata keçirən "Acqua Nova" adlı şirkətə xidmət haqqını tam verməməsi olub. Ümumilikdə 1 milyon 200 min avroluq məbləğin yalnız 800 minini ödədiyinə görə sözügedən şirkət hücumçunu məhkəməyə verib. "Acqua Nova" Droqbadan 1 milyon 600 min avro təzminat tələb edib. Qeyd edək ki, məhkəmənin qərarı ən geci iyunun 17-i elan ediləcək.