UEFA Avropa Liqasının yarımfinalında püşkatmanın nəticəsinə görə "Bazel"ə rəqib olan "Çelsi"nin baş məşqçisi Rafael Benitez "Fənərbaxça" ilə düşmədiklərinə görə sevindiyini bildirib. Britaniya mətbuatının yaydığı xəbərə görə, baş məşqçi bunu İstanbulun uzaq olması ilə əlqaləndirib: "Bazel ən azından yaxın yerdir. Amma güclü komandadır. Bizə təhlükə yarada bilərlər" - deyə, o, bildirib. Qeyd edək ki, yarımfinalın ilk oyunları aprelin 25-i, cavab oyunları isə mayın 2-də keçiriləcək.