?Rəvan? klubunun sabiq baş məşqçisi Cavad Gülər karyerasını Türkiyə superliqasında davam etdirəcək. O, ?Orduspor?un baş məşqçisi təyin edilib. Klubun rəsmi saytının bu gün yaydığı açıqlamada qeyd olunub ki, ?Orduspor? Hektor Kuperlə yolları ayırıb, onun yerinə isə C.Güləri gətirib. Qeyd edək ki, C.Gülər bu mövsümün əvvəli ?Rəvan?da çalışıb, lakin dörd turdan sonra Bakı klubu gözlənilmədən onu istefaya göndərib. 54 yaşlı məşqçi 2007-2008 mövsümündə ?Qalatasaray?da da baş məşqçi işləyib.