UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Azərbaycanlı azarkeşlərinin də daha çox maraqlandığı oyun İtaliyada baş tutui. Burada "Latsio" "Fənərbaxça"nı qəbul edib və ilk oyunda rəqibinə 0:2 hesabı ilə qalib gələn türklər "Latsio" səddini də aşaraq tarixində ilk dəfə yarımfinala adını yazdırıb. İtalyanlar 60-cı dəqiqədə önə keçsələr də 73-də Caner hesaba tarazlığı gətirib ? 1:1, Bu bərabərlik isə türklərə yarımfinala yüksəlməyə yetib. Onu da qeyd edək ki, bu oyunda qolun müəllifi Caner növbəti sarı kart almaqla yarımfinal oyununda iştirak hüququnu itirib. mia.az