Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq. Yarımfinal uğrunda daha iki komanda qarşılaşacaq. "Barselona" öz meydanında PSJ-ni qəbul edəcək. İlk oynda 2:2 hesabla bərabərə qalan bu komandalardan "Barselona"nın şansı üstün görünür. Digər oyunda isə "Bavariya" "Yuventus"un qonağı olacaq. İlk qarşılaşmada rəqibinə 0:2 hesaı ilə məğlub olan İtaliya təmsilçisi doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.