UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə iki dramatik qarşılaşma baş tutub. Dortmund "Borussiya" öz meydanında "Malaqa"nı qəbul edib. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandaların oyununda qapılara beş qol vurulub. Görüşün 90-cı dəqiqəsinə qədər 1:2 hesabı ilə məğlub olan Dortmund təmsilçisi inanılmaz əzmkarlıq göstərərək 90+1 və 90+2-ci dəqiqələrdə daha iki qol vuraraq yarımfinala vəsiqə qazanıb. Digər matçda Madridin "Real" klubu "Qalatasaray"ın qonağı olub. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray"ın növbəti mərhələyə keçmək şansları az görünürdü. Lakin "Cimbom"un ispanlara rahat təslim olmayacağı şübhə doğurmurdu. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Qalatasaray" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Lakin ilk oyunun nəticəsinə görə yarımfinala "Real" çıxıb. Onu da deyek ki, qarşılaşmanın 90-cı dəqiqəsində Madrid klubunun müdafiəçisi Alvaro Arbeloa qırmızı kartla meydandan qovulub. O, ilk yarımfinal oyununda iştirak edə bilməyəcək. [b]Çempionlar Liqası, 1/4 final, cavab oyunları:[/b] 23:45. ?Borussiya? (Dortmund, Almaniya) ? ?Malaqa? (İspaniya) - 3:2 Qollar: Xuakin Sançes, 25 (0:1), Levandovski, 39 (1:1),Eliseu, 82 (1:2), Reus, 90+1 (2:2), Santana, 90+3 (3:2) İlk oyun 0:0 23:45. ?Qalatasaray? (Türkiyə) ? ?Real? (İspaniya) - 3:2 Qollar: Ronaldo, 8 (0:1),90+3 (2:3) Ebue, 57 (1:1), Sneyder, 71 (2:1), Droqba, 72 (3:1) Qırmızı vərəqə: Arbelo, 90 ("Real") İlk oyun 0:3 "Qalatasaray": Fernando Muslera, Emmanuel Ebue, Semih Kaya, Albert Riera, Gökhan Zan, Felipe Melo, Həmid Altıntop, Uelsli Sneyder, Səlcuk İnan,Didye Droqba, Ümid Bulut ?Real": Lopes, Esyen, Varan, Koentrau,Xedira, Özil, Pepe, Di Maria, Modric, Ronaldo, İquain 10 aprel 23:45. ?Barselona? (İspaniya) ? PSJ (Fransa) 23:45. ?Yuventus? (İtaliya) ? ?Bavariya? (Almaniya)