Bu gün "Real"la qarşılaşacaq ?Qalatasaray?ın baş məşqçisi Fatim Terim Çempionlar Liqasının 1/4 finalında cavab matçı öncəsi açıqlamalar verib. Baş məşqçi futbol da hər şeyin ola biləcəyini və növbəti mərhələyə keçmək üçün az da olsa şanslarının qaldığını deyib: ?Amma unutmaq lazım deyil ki, rəqibimiz ?Real?dır. Onlara qarşı istədiyimiz nəticəni əldə etmək bizim üçün çətin olsa da, əlimizdən gələni edəcəyik".Türkiyəli mütəxəssis futbolçusu Burakın cavab matçında oynaya bilməməsinin komanda üçün ən böyük itki olduğunu bildirib: ?Burakın ilk matçda yıxıldığı epizod fərqli dəyərləndirilsəydi, bəlkə də o zaman başqa şeyler danışa bilərdik. O, bu matçda oynasaydı, Ronaldonun qol krallığına çata bilərdi. Amma hakim də insandır. Onlar da səhv edə bilər?. ?Qalatasaray?ın bu mövsümkü hədəflərinin reallaşdırdıqlarını deyən Terim ÇL-də hazırkı pillədə olmağın çox böyük uğur olduğunu vurğulayıb: ?Real? dünyanın ən yaxşı klublarından biridir. Amma biz onlara qarşı da yaxşı oynamağa çalışdıq. Sabahkı oyunda bunu bir daha nümayiş etdirəcəyik. ?Real?la qarşılaşmaq üçün bu səviyyəyə gəlmək lazımdır. Buna görə də, bizim ortaya qoyduğumuz iş çox önəmlidir. Avropadakı əsas hədəflərimiz ən üst pillələrdə olmaqdır və bu məqsədimiz heç zaman dəyişməyəcək?.