Raul Qonzales ümid etdiyini bildirib ki, keçmiş klubu ?Real? Çempionlar Liqasını onuncu dəfə qazanmağa nail olacaq. Türkiyə xəbər portalları İspaniya mətbuatına istinadən xəbər verir ki, o, sabah "Qalatasaray"la cavab qarşılaşmasına cıxacaq Madrid təmsilçisiin bu mövsüm sözügedən yarışda birinci yeri tutmaq gücündə olduğunu söyləyib: ?Real?a uğurlar arzulayıram. Komandanın çıxışlarını yaxından izləyirəm. Mourinyonun komandası ÇL-i qazana bilər?.