Türkiyə superliqasında dünən baş tutan ?Qalatasaray? ? ?Mersinidmanyurdu? matçında (3:1) qalmaqal baş verib. Görüşün hakiminin verdiyi bəzi qərarlar meydan sahibi komandanın baş məşqçisi Fatih Terimi özündən çıxarıb. Birinci hissənin sonlarında o, hakimin və Türkiyə Futbol Federasiyasının nümayəndəsinin üzərinə hüçum edib. İnsidentin əlbəyaxa davaya çevrilmısinə Terimin köməkçiləri Həsən Şaş, Ümit Davala və futbolçular mane olub. Bu hadisəyə görə Terimi tribunaya göndərilib. Maçtın irəliləyən dəqiqələrində Həsən Şaşla Ümid Davala da tribunaya göndərilib. Xatırladaq ki, ilk hissədə Dani də qırmızı kart alıb. Amma azlıqda qalmasına və 0-1 məglub olmasına rəğmən "Qalatasaray" ikinci hissədə iradə nümayiş etdirib. Melo (1) və Droqbanın 2 qolu ilə 3-1 qələbə qazanaraq çempionluq yolunda önəmli addım atıb. Oyundan sonra Terim və oyunşular hakimin onlara "dəzgah" qurduğunu iddia ediblər. Terim meydanda konfrans keçirərək baş verənlərə görə gizli rəqiblərə sərt mesajlar verib.