UEFA Avropa Liqasında "Latsio" ilə qarşılaşan "Fənərbaxça"nın ikinci qolunu vuraraq hesabı artıran Dirk Kuyt oyundan sonra açıqlama verib. Jurnalistlərin suallarını cavablandıran Kuyt, enerjisinin bitib-bitmədiyi haqqındakı suala, "Bu an meydana çıxsam, bir 90 dəqiqə daha oynayaram" cavabını verib. Stadionu dolduran bütün tərəfdarlarına təşəkkür edən hollandiyalı futbolçu, "Tərəftarlarımızın dəstəyiylə qələbəni qazandıq. Belə azarkeşlərlə hər şey edə bilərik. Bizi bu matça hazırlayan texniki heyətimizə də xüsusilə çox təşəkkür edirəm" - deyə, o, qeyd edib.