"Real" ?Qalatasaray?a üç qol vurdu; "Malaqa" "Borussiya" ilə bərabərə qaldı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. Şübhəsiz ki, Azərbaycan azarkeşlərinin ən çox maraqla izlədiyi oyun "Real" - "Qalatasaray" matçı olub.
Mia.az-ın xəbərinə görə, ?Real? ?Qalatasaray?ın qapısından 3 cavabsız top keçirərək, ilk qarşılaşmanın qalibi olub- 3:0. Qolları 9-cu dəqiqədə Ronaldo, 29-da Benzema, 73-də isə İquain vurublar. ?Aslan?ların bir neçə epizodda qol vurmaq şansı olsa da, əlverişli vəziyyətdən yararlana bilməyiblər.
Onu da qeyd edək ki, hakim oyunda hər ikii komandanın oyunşularına bol sarı vərərə göstərib. Serxio Ramos aldığı sarı karta görə isə İstanbuldakı qarşılaşmada iştirak etməyəcək.
Yeri gəlmişkən, bu oyunda Çempionlar Liqasının bombardiri ?vəsiqəsi? Ronaldonun əlinə keçib. Oyunda sarı vərəqə alan Burak Yılmaz isə sönük oyunla yadda qalmaqla bərabər, 8 qolla Ronaldonun ən yaxın təqibçisidir.
Çempionlar Liqasının digər oyunu da İspaniyada baş tutub. "Malaqa" öz meydanında Almaniyanın "Borussiya" (Dortmund) klubunu sınağa çəkib. Oyunda hesab açılmayıb- 0:0.
Bu turun cavab qarşılaşmaları aprelin 9-u və 10-u olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11