?Fənərbaxça?nın futbolçusu Dirk Küyt UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ?Latsio? ilə matç öncəsi açıqlamalar verib. Hollandiyalı futbolçu əsas hədəflərinin kuboku qazanmaq olduğunu deyib: ?Çox yaxşı heyətimiz var. Tərəfdarlardan 90 dəqiqə ərzində dəstək gözləyirik. Dostluğun qazanacağı bir futbol axşamı olsun?. Qeyd edək ki, ?Fənərbaxça? ? ?Latsio? matçı aprelin 4-ü baş tutacaq.