Rövnəq Abdullayev nəticə qazana bilməyən məzqçidən razıdır
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib. O, jurnalistlərə açıqlamasında dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan və Portuqaliya milli komandalarının oyunu zamanı stadionda "İstefa!" şüarının səslənməsinə münasibət bildirib. Deyib ki, Berti Foqts peşəkardır və öz işinin öhdəsindən yaxşı gəlir:
"Berti Foqts işini sevə-sevə görür".
R.Abdullayev hamı kimi Azərbaycanın Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb: "Hücumçu Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin "İstefa!" və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11