Fatih Terim: ?Biz cəsur bir klubuq və heç bir rəqibimizdən qorxmuruq?
?Qalatasaray?ın baş məşqçsi Fatih Terim Çempionlar Liqasının 1/4 finalında ?Real? oynayacaqları matç haqqında danışıb. İspaniya mətbuatına açıqlama verən baş məşqçi bildirib ki, rəqib çox təhlükəli komandadır: ?Bizim üçün çox çətin matç olacaq. ?Real?in Mourinyo kimi yaxşı baş məşqçisi və güclü oyunçuları var. Ancaq biz də mümkün qədər hörmət ediləsi komanda olduğumuzu rəqibə sübut edəcəyik?.
Türkiyəli mütəxəssis oyunda diqqət etməli olduqları məqamlara da toxunub: ?Həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq. Komandam səfərdə hər zaman yaxşı oyun nümayiş etdirir. Türkiyəyə yaxşı bir nəticə ilə dönməliyik. Biz cəsur bir klubuq və heç bir rəqibimizdən qorxmuruq?.
Qeyd edək ki, ?Real? ? ?Qalatasaray? matçı aprelin 3-ü baş tutacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11