Türkiyə millisinin futbolçusu Arda Turan DÇ-2014-ün seçmə mərhələsində Macarıstanla oyundan (1:1) sonra fikirlərini bildirib. O, dünya çempionatının final mərhələsinə düşmək şanlarının daha mümkünsüz olduğunu deyib: ?Öz meydanımızda da qələbə qazana bilmiriksə, qrup mərhələsini adlaya bilmərik. Buna görə də türk xalqından üzr istəyirik?. ?Atletiko?lu oyunçu itirilən xal itkisinin şanssızlıqla əlaqədar olmadığı bildirib: ?Bu bizim bacarıqsızlığımızın nəticədir. Qapının önündən topu qola çevirə bilmirdik. Bunun əvəzində isə qapımızda qol gördük?. Qeyd edək ki, Türkiyə millisi hazırda qrup mərhələsində 7 xalla dördüncü pillədədir.