Ronaldo: "Bakıda oynamayacağıma görə çox məyus oldum"
Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın ?Real? klubunun hücumçusu Kristiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycanla oyun öncəsi müsahibə verib.
[b]- Çoxları belə düşünür ki, siz İsraillə oyunda qəsdən sarı vərəqə almısız ki, Azərbaycana qarşı oynamayasız. Bu, belədi?[/b]
- Boş sözlərdi. Yığma mənim ikinci evimdi. Əksinə, Bakıda oynamayacağıma görə çox məyus oldum.
[b]- Oynamayacağınızı bilsəniz də, Bakıya gəlmisiz. Niyə?[/b]
- Əşyalarımı toplayıb birbaşa Madridə yollanmaq ən adi qərar olardı. Lakin Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşünürəm. Oynamasam da, əlimdən gələn köməyi etmək istəyirəm.
[b]- Necə?[/b]
- Komanda il birgə məşq edirəm. Oyun zamanı isə komanda yoldaşlarıma azarkeşlik edəcəm. Yaxşı oyun sərgiləyib, qələbə qazana bilərik. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər.
[b]- Azərbaycan yığmasını məğlub etmək üçün nə lazımdı?[/b]
- Bizə çox səhv etmək olmaz. İsraillə oyunumuz istədiyimiz kimi getmədi. Hələ Rusiyanı qabaqlamaq şansımız qalır. Biz ancaq bu haqda düşünməliyik.
[b]- Azərbaycan yığmasının Lüksemburqa qalib gələ bilmədiyindən xəbəriniz var?[/b]
- Bəli. Əminəm ki, onlar bizə qarşı tamamilə fərqli futbol sərgiləyəcəklər. Çünki hər komanda bizə qarşı ən yaxşı oyununu sərgiləməyə çalışır. Bizi heç də asan sınaq gözləmir(qol.az).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11