pa Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Azərbaycanlı azərkeşlərin də maraqla izlədiyi oyun İstanbulda baş tutub. Belə ki, ?Fənərbaxça? Çexiyanın ?Viktoriya? klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça" 1/4 final mərhələsinə vəsiqə qazanıb. Milli komandamızın üzvü Ruslan Abışovun klubu ?Rubin? isə ?Levante?ni qəbul edib və 2:0 hesabı ilə qalib gələrək (İlk oyun 0:0) növbəti mərhələyə çıxıb. Digər bir maraqlı oyun İtaliyada baş tutub. "İnter" "Tottenhem"i qəbul edib. İlk oyunda 0:3 hesabı ilə uduzan "İnter" oyunun əsas vaxtında bu qolların əvəzini çıxıb. Lakin görüşün əlavə vaxtında hesab 4:1 olub ki, bu da "Tottenhem"i növbəti mərhələyə çıxardıb. Beləliklə, 1/4 final mərhələsinə çıxan komandalar bunlardır: "Rubin", "Bazel", "Tottenhem", "Benfika", "Çelsi", "Fənərbaxça", "Latsio" və "Nyukasl".