Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Son turda ?Bavariya? öz meydanında ?Arsenal?ı qəbul edib. Doğma meydanda rəqibinə 1:3 hesabı ilə məğlub olan ?Arsenal? bu məğlubiyyətin əvəzini 2 cavabsız qol vurmaqla çıxsa da, səfər meydanında vurulan qolların sayına görə, 1/4 finala çıxan komanda "Bavariya" olub. Digər oyunda ?Malaqa? ?Portu?nu qəbul edib. İlk oyunda 0:1 hesabı ilə məğlub olan meydan sahibləri bu oyunda 2:0 heasabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib."Malaqa", ?Real? və ?Barselona?dan sonra 1/4 final mərhələsinə çıxan üçüncü ispan komandası olub. Beləliklə, ÇL-ın 1/4 final mərhələsində ?Real?, ?Borussiya?, ?Yuventus?, PSJ , "Barselona?, "Qalatasaray", "Bavariya" və "Malaqa" mübarizə aparacaq. Çempionlar Liqası: 1/8 final, təkrar oyunların bütün nəticələri ilə tanış olun: 13 mart 23:45.?Bavariya? (Almaniya) ? ?Arsenal? (İngiltərə) - 0:2 İlk oyun ? 3:1 Qollar: Jiru, 3 (0:1), Koselni, 85 (0:2) 23:45.?Malaqa? (İspaniya) ? ?Portu? (Portuqaliya) - 2:0 İlk oyun ? 0:1 Qollar: İsko, 43 (1:0), Krus, 77 (2:0) Qırmızı vərəqə: Defur, 49 ("Portu") 12 mart 23:45.?Şalke? (Almaniya) ? ?Qalatasaray? (Türkiyə) - 2:3 İlk oyun ? 1:1 23:45.?Barselona? (İspaniya) ? ?Milan? (İtaliya) - 4:0 İlk oyun ? 0:2 6 mart 23.45. PSJ (Fransa) - ?Valensiya? (İspaniya) -1:1 İlk oyun ? 2:1 23.45. ?Yuventus? (İtaliya) ? ?Seltik? (Şotlandiya) -2:0 İlk oyun ?3:0 5 mart 23.45. ?Borussiya? (Dortmund, Almaniya) ? ?Şaxtyor? (Ukrayna)- 3:0 İlk oyun - 2:2 23.45. ?Mançester Yuneyted? (İngiltərə) ? ?Real? (İspaniya) -1:2 İlk oyun ? 1:1