?Çelsi?nin baş məşqçisi Rafael Benitiz İngiltərə kubokunun 1/4 final mərhələsinin ilk oyununda ?Mançester Yunayted?lə qarşılaşmadan sonra rəqibin baş məşqçisi Aleks Fergüssonla bağlı açıqlama verib. O, ?MY?nin baş məşqçisi Aleks Fergüssonun matçdan sonra keçirilən mətbuat konfransında onun əlini sıxmamasına irad tutub: ?Əlimi sıxması üçün onu gözləyirdim. O isə heç bir reaksiya vermədən yanımdan keçib getdi. Halbuki, mən onun əlini sıxmaq üçün hazır idim. Bunu bir çox insan gördü?. Qeyd edək ki, ?MY? ilə ?Çelsi? arasındakı kubokun ilk matçə 2:2 hesabı ilə başa çatıb. Bu nəticə ilə ?Çelsi? növbəti mərhələyə çıxmaq üçün yaxşı şans əldə edib.