?İlk oyunda qazandığımız sərfəli nəticə bu gün işimizə yaradı". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ"ilə cavab oyunundan (0:0,ilk oyun 1:1) sonra deyib. Qurban Qurbanov komandasının oyunundan razı qalıb: "Komanda sona kimi mübarizə apardı, lazımi nəticəni qazandıq. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq?.