Böyükağa Hacıyev: "...söhbətim olacaq"
"Kubok oyunları çətin keçir. Çünki iki oyunun nəticəsindən sonra hər şey məlum olur. Bu gün komandada hər şey var idi. Ancaq hücumları tamamlamaq bizdə çatmırdı". Bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Simurq"a qarşı keçirilən cavab oyunundan (1:0, ikl oyun 0:0) sonra deyib.
Böyükağa Hacıyev bəzi futbolçulardan, əsasən də hücumuları NUkolas Kanalesdən narazı qalıb: "Kanales bombardir olsa da, son iki oyunda ondan istədiyim oyunu görmürəm. Bununla bağlı onunla söhbətim olacaq".
B.Hacıyev Kanalesden başqa, bəzi futbolçulardan da narazı qaldığını deyib: "Onlar meydanda sanki yatmışdılar. Komandaya istirahət verilməyəcək. Sabahdan etibarən çempionatda ?Bakı?ya qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11