Çempionlar Liqasında İspaniyanın ?Real? klubu səfərdə ?Mançester Yunayted?ə 2:1 hesabı ilə qalib gəlib. İlk oyun 1:1 hesablı heç-heçə ilə başa çatdığından, ?Real? bu qələbə ilə növbəti mərhələyə çıxıb. 48-ci dəqiqədə Ramosun öz qapısına vurduğu qola məğlub duruma düşən ?Real?da qələbə qollarını 66-cı dəqiqədə Modriç, 69-cu dəqiqədə isə Ronaldo vurub. Meydan sahiblərinin yeganə qolunun müəllifi də ?Real?ın futbolçusu olub. Xatırladaq ki, qarşılaşmanın 57-ci dəqiqəsində türk hakim Cüneyt Çakır ?Mançester Yunayted?in futbolçusu Naniyə mübahisəli epizodda birbaşa qırmızı vərəqə göstərib. Bu ingilis fanatları və klub rəhbərliyinin sonsuz qəzəbinə tuş gəlib. Bu mərhələnin digər iştirakçısı isə Dortmundda "Şaxtyor"u 3:0 hesabı ilə məğlub edın ?Borussiya? olub. Qeyd edək ki, ilk oyun 2:2 hesablı olub.