Mourinyo: ???Mançester Yunayted? Ronaldonu necə saxlaya bilər??
?Real?ın baş məşqçisi Joze Mourinyo dünyanın ən yaxşı futbolçusunun Kriştiano Ronaldo olduğunu deyib. O bildirib ki, portuqaliyalı hücumçu nəinki müasir futbolçulardan, hətta Pele və Dieqo Maradonadan da yaxşı oyunçudur.
Çempionlar Liqasının 1/8 final mərhələsində ?Mançester Yunayted?lə keçiriləcək cavab qarşılaşması haqda da danışan portuqaliyalı mütəxəssis rəqib oyunçuların Ronaldonu dayandırmaqda çətinlik çəkəcəyini deyib: ??Mançester Yunayted? Ronaldonu necə saxlaya bilər? Bu, mənim yox, onların problemidir. Komandam mənim istədiyim kimi oynasa, çox rahat qazanacağıq?.
Təcrübəli baş məşqçi ?Real?dan sonrakı karyerası barədə də fikir bildirib və böyük ehtimalla İngiltərəyə qayıdacağını deyib: ?Ancaq bunun nə zaman baş verəcəcəyini bilmirəm. İndi gələcək karyeram haqda düşünmürəm. Xüsüsilə belə bir matçdan əvvəl bunun düşünmək eqoistlik olar. ?Real?ın bu matçı qazanması üçün hər şey edəcəyəm. Bu oyundan zövq almaq istəyirəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11