"Neftçi" bərabərə qaldı, "Xəzər-Lənkəran" qələbə qazandı
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib. Saat 15.00-da başlanan ilk iki oyunda eyni nəticə - 1:1 hesabı qeydə alınıb. "Qəbələ" öz meydanında "Qarabağ"la görüşdə hesabda irəlidə olsa da, Ağdam təmsilçisi sonradan bərabərlik qolunu vura bilib.
"İnter" isə səfərdə "Bakı"yla görüşdə qələbəni əldən verib. Kaxaber Sxadadzenin komandası matçın 90+2-ci dəqiqəsində öz qapısında qol buraxıb -1:1.
Bu mərhələnin daha bir görüşü - "Simurq" - "Neftçi" qarşılaşması da heç-heçə yekunlaşıb 0:0.
Digər oyunda isə "Xəzər Lənkəran" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.
1/4 final mərhələsinin təkrar görüşləri martın 7-də keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11