İspaniyada ?Kral kuboku?nun yarımfinal mərhələsinin təkrar oyunları çərçivəsində əzəli rəqiblər ? ?Barselona? ilə ?Real? üz-üzə gəlib. Bu komandaların Madriddəki ilk görüşü 1:1 hesabı ilə başa çatıb. ?Barselona?nı finala çıxmaq üçün 0:0 hesablı heç-heçə də qane edirdi. Amma oyunu yüksək səviyyədə keçirən "Real" "Nou-Kamp"da rəqibinin qapısına üç qol vuraraq finala çıxıb. "Barsa" isə bu qollardan birinin əvəzini yalnız matçın sonlarında çıxa bilib - 3:1. Finalda "Real"ın rəqibi bu gün ?Sevilya? ilə ?Atletiko? cütlüyünün qalibi olacaq.