?Kəpəz?in baş məşqçisi Mahmud Qurbanov AZAL-a 0:3 hesabl ilə məğlub olduqları oyundan sonra yenə də futbolularından narazı olduğunu gizlətməyib. Gənc məşqçi oyundan sonra deyib ki, futbolçuları tapşırıqlarını yerinə yetirə bilməyiblər: ?Rəqibin əks-hücumlarda yaxşı oynadığını bilirdik. Futbolçularıma müdafiənin cinahlarını bağlamağı tapşırmışdım. Təəssüf ki, bu tapşırığı yerinə yetirə bilmədilər. Hər üç qol əks-hücumdan vuruldu?.