;n Topaz Premyer-Liqasında 21-ci turun maraqlı qarşılaşmaları baş tutub. Turun mərkəzi qarşılaşması ?Neftçi? ilə ?İnter? arasında keçirilib. Maraqlı keçən görüşdə "Neftçi" 2:0 hesabı ilə qalib gələrək, turnir cədvəlindəki rəqiblərini qabaqlayıb. Belə ki Flaqman 21-ci turda 41 xalla liderliyə sahiblənib. İlk ?altılıq? uğrunda yarışan ?Qəbələ? ilə ?Xəzər Lənkəran?ın oyunu da xeyli maraq doğurub. Bu görüşdə 2-0 hesabı ilə qalib gələn "Qəbələ" ilk altılıqda yerini rəsmiləşdirən beşinci komanda olub. Günün son oyununda AZAL "Kəpəz"i qəbul edib. İlk "altılıq" şanslarını az da olsa saxlayan AZAL 3:0 hesabı ilə qalib gəlib. Sabah isə tura ?Sumqayıt? ? ?Turan? qarşılaşması illə yekun vurulacaq.