UEFA Avropa Liqasında mərhələ keçən Türkiyənin ?Fənərbağça? klubunun 1/8 final mərhələsindəki rəqibi məlum olub. Bu komanda Çexiyanın ?Viktoriya? klubudur.Həmin klub 1/16 final mərhələsinin cavab oyununda İtaliyanın ?Napoli? komandasını 2:0 hesabı ilə məğlub edib. Bu komandaların İtaliyadakı qarşılaşmasında Çexiya klubu sürpriz şəkildə 0:3 hesabı ilə qalib gəlib. Türkiyənin ?Fənərbağça? klubu isə Belarusun BATE komandası ilə cavab oyununda qarşılaşıb. Oyun Türkiyə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından, bu nəticə ?Fənərbağça?nı növbəti mərhələyə keçirib. Oyuna gəldikdə isə birinci hissənin sonunda "Fənərbağça" penalti imkanı qazanıb. Kristian İstanbul klubunun qələbə qolunu vurub. Qeyd edək ki, İstanbulda keçirilən qarşılaşmada qonaqlar azlıqda qalıblar. BATE-nin oyunçusu Baqa qırmızı kartla meydandan qovulub. ?Fənərbağça? ilk oyunu martın 7-də səfərdə keçirəcək və martın 14-də ?Viktoriya?nı ?Şükrü Saraçoğlu? stadionunda qəbul edəcək. 1/8 final mərhələsinin digər cütlükləri aşağıdakılardır: ?Benfika? - ?Bordo? ?Anji? - ?Nyukasl? ?Ştutqart? - ?Latsio? ?Tottenhem? - ?İnter? ?Levante? - ?Rubin? ?Bazel? - ?Zenit? ?Çelsi? - ?Syaua?.