?Milan?ın prezidenti Silvio Berluskoni ?Barselona? ilə qarşılaşacaqları Çempionlar Liqasının 1/8 final oyunundan əvvəl matçla bağlı fikirlərini bildirib. O qeyd edib ki, uğur qazanmaq istəyirlərsə, Lionel Messinin qarşısını almalıdırlar. ?Çox çətin oyunlar olacaq. Baş məşqçi Alleqri ilə danışmağa fürsət tapmasam da, onun ən doğru taktikanı seçəcəyinə əminəm? - deyən Berluskoni bəzən klub prezidentlərinin də məşqçilərə tövsiyə verə biləcəyini söyləyib: ?Mənim tövsiyəm odur ki, müdafiəçilirimiz Messinin qarşısını almalıdır?. Qeyd edək ki, ?Milan?-?Barselona? qarşılaşması fevralın 20-si saat 23.45-də başlanacaq.