?Milan?nın yeni transferi Mario Balotelli vurduğu qollarla və ortaya qoyduğu oyunla klubunu uğurlar qazandırmaqdadır. Komandasına yavaş-yavaş uyğunlaşdığını deyən futbolçu ?Həmişə oynamaq və klubun mənə güvənməsini hiss etmek insana ruh verir. Futbolçu karyeramın ?Milan? hissəsinə çox yaxşı başladım. Belə də davam etmək istəyirəm? deyə bildirib. Ulduz futbolçu Joze Mourinyonun onun haqqında dediyi ?Balotellini ?Milan? forması ilə görməyimə təəccüblənmədim? sözlərinə isə belə cavab verib: ?Mourinyo məni deyil, ?Real?la Çempionlar Liqasını necə qazanacağını düşünsün?. Qeyd edək ki, Bolatelli ?Milan? forması ilə çıxdığı son 3 matçda 4 qol vurub.