?Real"dan Messiyə sərt ittiham
Madridin ?Real? klubunun hücumçusu Xose Kalyexon ölkə kubokunun 1/2 final mərhələsinin ?Barselona?ya qarşı keçirilən ilk oyunundan sonra məşqçiləri Aitor Karanka ilə komanda yoldaşı Alvaro Arbeolanının rəqib hücumçu Lionel Messi tərəfindən təhqir edildiyini təsdiqləyib. O, qeyd edib ki, argentinalı futbolçu həqiqətən də Karankanı Joze Mourinyonun kuklası adlandırıb.
?Mən bu sözləri eşitdim. Əgər bir oyunçu meydandandakı olaydan sonra rəqib futbolçunu onun xanımı qarşısında təhqir etmək üçün gözləyirsə, bu, kimsəyə yaraşan hərəkət deyil. Bəzən yaxşı oğlanlar deyildiyi qədər yaxşı, pislər isə pis olmur? ? deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11