niya Kral kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. ?Santyaqo Bernabeu? stadionunda baş tutfn qarşılaşmada ?Real? əzəli rəqibi ?Barselona?nı qəbul edib. İlk dəqiqələrdən hücuma atılan hər iki komanda fasiləyə qədər hesabı aça bilməyib. İkinci yarıya isə Kataloniya təmsilçisi daha sürətli başlayıb. Bunun əvəzində ?Barselona? 50-ci dəqiqədə istəyinə nail olub. Messinin ötürməsini qəbul edən Fabreqas madridliləri cəzalandıraraq komandasını hesabda önə keçirib. Ev sahibləri Varanla hesaba tarazlıq gətirib ? 1:1. Beləliklə, ?Barselona? cavab qarşılaşması öncəsi səfərdən sərfəli nəticə ilə qayıdıb. Digər yarımfinal qarşılaşmasında isə bu gün ?Atletiko? ilə ?Sevilya? üz-üzə gələcək.