Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari Neymar və Ronaldinyo haqqında danışıb. Gələn ay İngiltərə ilə yoldaşlıq oyununun heyətini açıqlayan 64 yaşlı baş məşqçi, Ronaldinyo və Neymarda çox şey gözlədiyini bilidirib: "Hər kəs kimi məndə istəyirəm ki, Ronaldinyo və Neymar öz imkanları çərçivəsində oynasınlar. Dünyada onlardan yaxşı futbolçu çox azdır. Məsuliyyətli olsalar, daha yaxşı çıxış edəcəklər".