?Barselona? səfərdə ?Malaqa?nı da məğlub etdi
?Barselona? klubu İspaniya çempionatının 19-cu turu çərçivəsində ?Malaqa? üzərində asan qələbə qazanıb -1:3. Kataloniyalıların qollarını Messi (27-ci dəqiqə), Fabreqas (50-ci dəqiqə) və Alkantara (82-ci dəqiqə) vurublar. ?Malaqa?nın 90-cı dəqiqədə vurulan təsəlli qolunun müəllifi Buonnanote olub.
Qeyd edək ki, ?Barselona? 19 turda 18 qələbə qazanmış oldu. Kataloniya nəhənginin hesabında cəmi 1 heç-heçə var. Bu turdan sonra ?Barselona? ilə üçüncü pillədəki ?Real? arasında xal fərqi 18-ə çatıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11