Telekanal ?Qalatasaray?ı qarızdırdı
?Qalatasaray? ?İnter?in Hollandiyalı ulduzu Uesli Sneyderin transferini, nəhayət, həll etdi. Türkiyənin ?NTV Spor? kanalının son dəqiqə xəbərinə görə, bir neçə gün əvvəl İtaliya klubu ilə 8 milyon avro məbləğində transfer anlaşması əldə edən ?Qalatasaray? bu gün futbolçunun özü ilə də 3.5 illik müqavilənin şərtlərini razılaşdırıb: ?Razılaşmaya əsasən, Uesli Sneyder türk klubundan 3.5 ilə 5.3 milyon avro təminat pulu, 25 min avro maçtbaşına pul alacaq?.
Xəbərdə futbolçunun yanvar ayının 14 və ya 15-i İstanbula gələcəyi və müqaviləni rəsmiləşdirəcəyi bildirilib.
Lakin gecə saatlarında ?Qalatasaray? klubu telekanalın bu xəbəri ilə bağlı məlumat yayıb. Klub rəhbərliyi bildirib ki, əvvəldən deyildiyi kimi, ?İnter?lə razılıq əldə olunub: ?İndi futbolçunun son sözünü gözləyirik. Ümid edirik, bu gün-sabah Uesli Sneyder müsbət cavabını verəcək?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11