İtaliya kubokunda dünən iki nəhəng klub - "Yuventus" və "Milan" komandaları Turində üz-üzə gəliblər. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda əlavə hissəyə ehtiyac duyulub. Əlavə vaxtın 95-ci dəqiqəsində ikinci qolu vuran "Yuventus" yarımfinala yüksəlib - 2:1. Qeyd edək ki, 1/4 final qalan iki oyunu yanvarın 16-17-də keçiriləcək.