Türkiyə Superliqasının son turunda "Qalatasaray"a 2:1 hesabı ilə uduzan "Fənərbaxça"nın yarımmüdafiəçisi Raul Meyreleşə verilən 11 oyunluq cəzanın səs-küyü Türkiyə sərhədlərini də aşıb. Portuqaliyalı ulduzun millidə komanda yoldaşı, ?Real Madrid?li Kristiano Ronaldo da yaşanan olaya münasibətini açıqlayıb. Dünyanın ən yaxşşı 2 futbolçusundan biri sayılan Ronaldo ?Facebook?dakı səhifəsindən "Milli komandada kapitanım və qardaşım olan Raul Meyreleşi çox yaxşı tanıyıram. Onun belə bir şey etmədiyinə əminəm. Onun yanındayam", - deyə, yazıb. Xatırladaq ki, derbidə ikinci sarı kartla meydandan qovulan oyunçu hakimə əxlaqsız ifadə söyləməkdə və işarələr göstərməkdə ittiham olunub.